Sentyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakıdakı “Təbriz” kinoteatrında özünün 4-cü qururltayını keçirəcək.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, qurultayda partiya və ali məclis sədrlərinin hesabatları dinləniləcək.
Müzakirələrin sonunda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn seçkilər və insan hüquqlarının vəziyyəti ilə bağlı ölkə ictimaiyyətinə müraciət olunacağı gözlənilir.
Bundan başqa qurultayda Müsavat Partiyası ilə AXCP-nin ilkin şərt irəli sürmədən birləşməsi ilə bağlı qərar qəbul olunacağı da gözlənilir. Qurultayda partiya sədrinin seçilməsi məsələsi də müzakirə oluna bilər.