İlham Əliyev BMT-də Ermənistanı ittiham edib

“Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycanın mədəni və tarixi köklərini əks etdirən istənilən sübutları yox etmək, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədilə ardıcıl tədbirlər görməkdədir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 65-ci sesiyasında çıxış edərkən deyib.

İlham Əliyev qeyd edib ki, bu cür siyasət nəticəsində işğal altındakı ərazilərdə elə bir tarixi, mədəni və müqədəs abidə qalmayıb ki, ona zərər dəyməsin və ya orada vandalizm aktı törədilməsin.

“İşğal edilmiş ərazilərə insanların köçürülməsi, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi məcburi köşkünlərin mülkiyyət hüquqlarına birbaşa zərər vurur.
Bütün bunlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, işqalın daha da möhkəmləndirilməsi, etnik təmizləmənin nəticələrinin saxlanması və zəbt edilmiş ərazilərdə məskunlaşmaların aparılmasına xidmət edir, münaqişənin dinc yolla həllinə ciddi əngəl yaradır”, - deyə prezident vurğulayıb.