NATO Rusiyanı sammitinə dəvət edib

NATO Rusiyanı noyabrda Lissabonda keçiriləcək sammitinə dəvət edib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya televiziyasına müsahibəsində deyib.

Lavrov qeyd edib ki, sammitdə iştirakla bağlı yekun qərarı prezident qəbul edəcək.