HƏFTƏNİN FOTOLARI (18-24 Sentyabr)

Pələng və panda kostyumlu ər-arvad sentyabrın 21-də Kiyevin mərkəzində öpüşürlər. Onlar xarici turistlərlə xatirə fotoları çəkdirməklə pul qazanırlar.

Foto: Gleb Garanich (Reuters üçün)

Əfqanıstanın Qəndahar vilayətində patrul xidmətini həyata keçirən Amerka əsgəri 11 aylıq xəstə qızı həkimə çatdırmağa çalışır. Foto Gül-Kalacheh kəndində, sentyabrın 19-da çəkilib.

Foto: Oleg Popov (Reuters üçün)

Gürcüstanın separatçı Cənubi Osetiya vilayətində sentyabrın 20-də müstəqillik günü qeyd olunub. 20 il əvvəl burada Gürcüüstandan ayrılmaq haqda qərar qəbul olunmuşdu. Tsxinvalidə bayram şənliyinə qoşulan qadın, qucağında Cənubi Osetiya bayrağını tutan qızla.

Foto: Kazbek Basayev (Reuters üçün)

BMT-nin Nyu Yorkdakı binası qarşısında sentyabrın 23-də İran prezidenti Mahmud Əhməddinnejada qarşı etirazlardan bir kadr.

Foto: Eric Thayer (Reuters üçün)

BMT-nin Nyu Yorkdakı binası qarşısında sentyabrın 23-də İran prezidenti Mahmud Əhməddinnejada qarşı etirazlardan bir kadr. Aksiya iştirakçııları teatrlaşdırımış yolla İranda ölüm hökmünə etiraz edirlər.

Foto: Eric Thayer (Reuters üçün)

ABŞ və Qırğızıstan yanğınsöndürənlərinin birgə təlimi. Təlim sentyabrən 22-də Qırğızıstandakı Manas hərbi aerodromunda keçirlib. ABŞ-Əfqanıstan hava körpüsünü h\yata keçirən iri hərbi və yük təyyarələri Manas avibazasında yanacaq doldurur, bazanın Əfqanıstandakı hərbi əməliyyatlarda böyük əhəmiyyəti var.

Foto: Vyacheslav Oseledko (AFP üçün)

Sentyabrın 22-də İran-İraq müharibəsinin başlaçasənən 30 illiyi ilə bağlı Tehranda hərbi parad keçirilidi. Fotoda Basij yaraqlı dəstəsinin milliyətcə türkmən üzvü paradda iştirak edir.

Foto: Atta Kenare (AFP üçün)

7 yaşlı Niamatullah çərpələng qaldırır. O, ailəsi ilə birlikdə Pakistandakı daşqınlardan xilas olaraq ölkənin Sindh əyalitində sığınacaq tapıb.

Foto: Akhtar Soomro (Reuters üçün)