Neft Fondunun büdcəsində dəyişikliklər

Sentyabrın 24-də Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası fondun 2010-cu il büdcəsində dəyişiklik məsələsinə baxıb.

Şuranın toplantısına Baş nazir Artur Rasi-zadə sədrlik edib.

Bu haqda xəbər yayan ARDNF mətbuat xidməti bildirir ki, Müşahidə Şurası Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab edib. Neft Fondunun büdcəsindəki dəyişikliklərin təsdiq edilməsi üçün Prezidentinə təqdim olunması qərara alınıb.

Dövlət Neft Fondunun 2010-cu ilin büdcəsinə sonuncu dəfə iyul ayında dəyişiklik edilib, gəlir hissəsi 5,96 milyard manatdan 9,03 milyard manata qədər, xərcləri isə 5,42 milyarddan 6,42 milyard manata qədər artırılıb.

Yeni dəyişikliklər təklifi haqda hələlik məlumat verilmir.

Xatırladaq ki, ARDNF-nin sonuncu hesabatına əsasən Neft fondunun 2010-cu ilin 6 ayında büdcə gəliri 6,1, xərcləri isə 2,6 milyard manat təşkil edib