Britaniyalı qadın oğurlanıb

Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Əfqanıstanda ABŞ-ın yardım agentliyi üçün çalışan Britaniyalı qadını oğurlayıblar. Nazirlik qadının üç əfqanla birlikdə sentyabrın 26-da Kunar əyalətində oğurlandığını bildirir.

Yerli polis adamları oğurlayanlarla atışdığını, amma az sonra onların gözdən itdiyini bildirir.