«Ekran həyatımın 50 illiyinə həsr edilmiş mərasim çox gözəl keçdi. Bircə məni pərişan edən o oldu ki, doğma televiziyamdan bir nəfər də gəlmədi...»
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan ölkənin ilk peşəkar diktoru Natəvan xanım Hacıyeva söylədi.
ƏVVƏL «BİZİM NATƏVAN» DEDİLƏR, SONRA VERİLİŞİMİ BAĞLADILAR
Oranı ilk evi saydığını söyləyən Natəvan xanım bunun izahını bilmədiyini dedi. «2006-cı ildə yeni rəhbərlik gəldi. Hətta mənim haqqımda 42 dəqiqəlik «Bizim Natəvan» filmini də çəkdilər. Amma nədənsə 14 il apardığım «Ötənlərdən-keçənlərdən» verilişini bağladılar. Çox lazımlı veriliş idi. Mən çoxlu məktublar alırdım. O verilişi məhz mənim kimi televiziyanın keçmişini bilən adam apara bilərdi. O üzdən çox incidim».
KƏBLƏ İSMAYILIN NƏTİCƏSİ
Qapı döyməməyinin, kiməsə yalvarmamağının sirrini ulu babası Kərbəlayı İsmayılda («Axırıncı aşırım»filmində obrazı yaradılan tarixi şəxs) axtaran Natəvan xanım çox keçmədən özəl kanallardakı verilişlərə qonaq kimi qatıldığını, bu səbəbdən həmin dövrü nisbətən ağrısız keçirdiyini söylədi. «Mən efir üçün darıxmadım. Hər dəfə verilişə dəvət alanda, elə bilirdim ki, bayramdır».
AZ TV-DƏ ƏN XOŞLADIĞI...
Natəvan xanım AzTV-də ən xoşladığı verilişin xəbərlər olduğunu dedi. «Mənim üçün hər kanalın sevimli verilişi var. AzTV-də informasiyanı xoşlayıram».
SÖZ AZADLIĞI YOXDUR
O biri kanallarda nisbətən söz açıqlığı, söz azadlığı sezdiyini deyən qonağımız «Onu da hiss eləyirəm ki, AzTv-də o azadlıq yoxdur»- deyə vurğuladı.
Natəvan xanım Sovetlər dönəmində söz azadlığının heç olmadığına diqqət çəkdi: «İndi xalqın bəzi fikirləri ekrandan eşidilir. Amma bütövlükdə gedə bilməz. Səbəb dediyim azadlıq məsələsidir».
FATMA XANIM CABBAROVAYA BORCLUYAM
Natəvan xanım sənətin sirlərini əfsanəvi radio diktoru Fatma xanımdan öyrəndiyini vurğuladı:
«O sirlər indiyəcən ürəyimdədir. Yeni gələn diktorlarla da bu sirləri bölüşməyə çalışmışam. Kim qavrayıb-kim qavramayıb öz işidir. Hətta indi də kanallara baxanda, məntiqi vurğunu düz vurmayan aparıcı, ya diktor görsəm, zəng vurub fikrimi deyirəm».
HANI BİZİM NATƏVAN?
Nəsiminin ittifaqın paytaxtında keçiriləcək yubileyinə Lyubov Ginzburqun aparıcılıq edəcəyini xatırlayan qonağımız, Mərkəzi Komitənin Moskva səfərindən iki gün öncə, dəvətnamələr çap olunduqdan sonra bu işdən xəbər tutduğunu söylədi. «Qurban Xəlilov deyib, bu nə deməkdir? Azərbaycandan Nəsiminin Böyük Teatrda keçirilən yubileyini Lyubov Ginzburq aparacaq? Hanı bizim Natəvan?»
--Natəvan xanım o tədbiri aparmaq üçün hansı şərt irəli sürdü?
--Natəvan xanım Kəblə İsmayıl barədə nələr danışdı?
--Kəblə İsmayıl niyə yol qırağında dəfn olunmasını istəyib?
--Qonağımız ulu babasının məzarını niyə ziyarət edə bilmir?
--Qonağımız «Aygün» filminə necə çəkildi?
--Diktorluq fəaliyyətinə necə başladı?
--İlk peşəkar diktorun ailə həyatı niyə dağıldı?
--Və nəhayət, «Gözəl Natəvan»ın (şair Ramiz Heydər) günü necə başlayır?
«Can Bakı»nı dinləyin.