Lujkov məhkəməyə üz tutmaq fikrindədir

Artıq gələn həftə Moskva merliyinə namizəd irəli sürülə bilər.

Bu barədə “Vahid Rusiya” partiyasının Moskva şöbəsinin siyasi şurasının katibi Yelena Panina bildirib.

Onun sözlərinə görə, hazırda partiyada bu vəzifəyə namizədlə bağlı məsləhətləşmələr gedir.

Amma o konkret söhbətin kimdən getdiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, prezident Dimitri Medvedev şəhər meri Yuriy Lujkovu vəzifəsindən kənarlaşdırıb.

Məlumatlara görə, Lujkov məhkəməyə üz tutmaq fikrindədir.