«Dünyanın yeni nizamı»

“Nəsil-qəbilə əlaqələri- irqi,etnik, dini əlaqələr- getdikcə sərhədlərdən vacib olur.”
Bunu Amerikanın Newsweek jurnalı “Yeni dünya nizamı” adlı məqaləsində yazır.

Jurnal yazır ki, yaşıllar hərəkatı, sosialist ideyaları və ya bazar kapitalizmi ideologiyası yalnız kosmopolit elitanı ruhlandıra bilər. Ancaq əhalinin əksəriyyəti üçün bunlar kifayət deyil. Ərəb tarixçisi İbn Haldun deyirdi ki, “səıhrada yalnız qrup hissi ilə bir yerə cəmlənən qəbilələr salamat qala bilər”.

Məqalədə dünyanın bölündüyü qrupların əsasları:

1. Yeni Hansa: Danimarka, Finlyandiya, Almaniya, Niderland, Norveç və İsveç.
13-cü əsrdə Şimali Avropa şəhərlərinin alyansı var idi. Ona Hansa İttifaqı deyilirdi. Tarixçi Fernan Brodel bu ittifaqı “ticarətlə yaradılmış ümumi sivilizasiya” adlandırırdı.

2. Şəhər-dövlətlər: London, Paris, Sinqapur, Tel-Əviv.

3. Rusiya İmperiyası: Ermənistan, Belarus, Moldova, Ukrayna, Rusiya.

4. İranistan: İran, Livan, Suriya, İraq, Qəzza bölgəsi.

5. Yeni osmanlılar: Türkiyə, Türkmənistan, Özbəkistan

6. Yabanı Şərq: Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Pakistan, Qırğızıstan, Tacikistan. Jurnal yazır ki, planetin bu hissəsi rəqabət aparan regionlar arasında mübahisənin mərkəzi olacaq. Həmin mübahisə aparan regionlar Çin, Rusiya, Hindistan, Şimali Amerika, Türkiyədir.

7. Zeytun Respublikaları: Bolqarıstan, İtaliya, İspaniya, Portuqaliya, Sloveniya, Çernoqoriya və s. Zeytun və şərab torpaqları olan bu ölkələr öz başlanğıclarını yunan və Roma mədəniyyətlərindən götürür.

8. Bolivar Respublikaları: Argentina. Boliviya, Kuba, Nikaraqua, Venesuela.

9. Liberalist ölkələr: Çili, Kolumbiya, Meksika, Peru.

10. Şimali Amerika Alyansı: ABŞ, Kanada.

11. Ayrıca dayanan ölkələr: Braziliya, Fransa, Hindistan, Yaponiya, Cənubi Koreya, İsveçrə.

12. Xoşbəxt ölkələr: Avstraliya, Yeni Zelandiya.

Newsweek jurnalında dərc olunan bu yeni dünya bölgüsü yəqin ki, hələ çox mübahisələr doğuracaq.

Bu bölgünün müəllifi haqda da bir neçə söz. Joel Kotkin Kaliforniyanın Çepmen Universitetində və Londonun Legatum elmi-tədqiqat institutunda çalışır.