Sabah Bosniya-Hersoqovinada seçkilər keçiriləcək

Bosniya-Hersoqavinada seçki kampaniyaları başa çatıb.

Sabah ölkədə ümummilli seçkilər keçiriləcək.

Bosniyadakı beynəlxalq ali nümayəndə Valentin İntsko ölkə sakinlərini bütün fikir ayrılıqlarını kənara qoyub seçkilərdə fəallıq göstərməyə çağırıb.

Diplomat seçkinin nəticələrinin sonda bir çox problemlərin həllinə təsir göstərəcəyini bildirib.

Söhbət ilk növbədə işsizlik, sosial təminat və təhsildən gedir.