İranın müdafiə naziri Bakıya gəlir

İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əhməd Vəhidi oktyabrın 11-də Azərbaycana səfər edəcək.

Əhməd Vəhidi Bakıya azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevin dəvəti əsasında gəlir. Səfər çərçivəsində həyata keçiriləcək görüşlərdə müdafiə və regional təhlükəsizliyə dair bir sıra məsələlər müzakirə ediləcək.