Baş nazir ilk xarici səfərini Əfqanıstandan başlayıb

Avstraliyanın baş naziri Culiya Qillard Əfqanıstana gözlənilməz səfər edib.

O, Kabildə ölkə prezidenti Həmid Kərzai və Əfqanıstandakı NATO qüvvələrinin baş komandanı general Devid Petreusla görüşüb.

Culiya Qillard Avstraliyanın Əfqanıstandakı beynəlxalq hərbi missiyanı dəstəkləməkdə davam edəcəyini bildirib.

Baş nazir həmçinin Əfqanıstanın cənubundakı Uruzqan əyalətində yerləşdirilmiş Avstraliya əsgərlərinə baş çəkib.

Bu baş nazir kimi Qillardın xarici ölkəyə ilk səfəridir.