Lujkov təşkilat yaradır

Moskvanın keçmiş meri Yuri Lujkov ictimai hərəkat yaratmaq niyyətindədir. Lujkov The New Times jurnalına bildirib ki, təşkilat demokratik cəmiyyətdə qanunların işlənməsinə xidmət edəcək.

Lujkov Rusiyanı tərk etməyəcəyini, istefaya göndərilməsinin səbəbinin isə Moskvanın problemləri ilə deyil, 2011-2012-ci ildə keçiriləcək seçkilərlə bağlı olduğunu deyib.

Yuri Lujkov prezident Medvedyevin əmri ilə sentyabrın 28-də istefaya göndərilib. Prezident Lukovu işdən çıxarmasının səbəbi kimi onun etimadının doğrultmaması ilə izah etmişdi.