Beynəlxalq Bankın səhmləri minimum qiymətə düşüb

Beynəlxalq Bank böhrana gedir?

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri ilk dəfədir ki, təkrar bazarda nominal qiymətə satılır.

Qiymətli kağızlar bazarının iştirakçıları Turan-a məlumat veriblər ki, bankın səhmləri bazarda 24 qəpiyə təklif edilir, bu isə nominal qiymətdir.
“ABB-nin səhmləri ilə əqdlər kiçik həcmdə bağlanır, bu isə bir vaxtlar ən likvid olan korporativ kağızlara marağın az olduğunu göstərir”, - deyə brokerlərin biri bildirir.

İki il əvvəl ABB səhmləri 1,8 manata idi, bu isə indiki bazar qiymətindən 7 dəfə çoxdur.

Bu azalmanın səbəbini müşahidəçilər bankın böhrandan sonra düzəlməyən maliyyə vəziyyəti ilə bağlayırlar. Nəticədə bank dividend verməyi dayandırıb. Bundan başqa, bank daxilində menecmentlə minoritar səhmdarlar arasında münaqişə var. Sonuncular səhmdarların ümumi yığıncağına buraxılmayıb və bank rəhbərliyini məhkəməyə verib, - deyə səhmdar Şahin Əlizadə Turan-a bildirib.

Müxtəlif məhkəmə instansiyalarında ABB-nin rəhbərliyinin fəaliyyətsizliyi və sui-istifadəsi işinə baxılır.

Mənbə: Turan İnformasiya Agentliyi