«Müsavatın MSK-ya iki namizəd təqdim etməsi qanunsuzdur»

Qüdrət Həsənquliyev
«Müsavatın MSK-ya iki namizəd təqdim etməsi qanunsuzluqdur».

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Müsavatın MSK-ya iki nümayəndə göndərməsinin hüquqi əsası yoxdur:

«Hazırda digər iki yer ona görə boşdur ki, azlıqda qalan partiyalardan birinin təqdim etdiyi nümayəndə Rövşən İsmayılov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bir yerə irəli sürüləcək bitərəf namizəd isə azlıqda qalan partiyalarla razılaşdırılmalıdır. Bu razılaşdırma da o vaxtdan baş tutmayıb və beləliklə də MSK-da üç yer boş qalıb. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Müsavatın MSK-ya iki nümayəndə göndərməsi doğru deyil və bu addımın hüquqi əsası yoxdur».

Müsavat Partiyasının funksioneri Arif Hacılı isə onunla razılaşmır və deyir ki, YAP-dan sonra parlamentdə daha çox yer tutan partiya kimi onların MSK-nın formalaşmasında iştirak etmək hüquq var və ondan istifadə etmək qərarına gəliblər:

«Bu məsələ uzun müddət müzakirə mövzusu olub. Hətta ötən iclasda da spiker Oqtay Əliyev dedi, iki ildi Müsavata deyirik ki, nümayəndə göndər».

Müsavat Partiyası 2005-ci il parlament seçkisindən sonra MSK-ya nümayəndə göndərməyib. Hazırda MSK-da 3 yer boşdur.