Məhkəmə sİlah qaçaqmalçısına qarşı bəzi iddiaları rədd eləyib

Tailand məhkəməsi rus silah alverçisi Vikto Bouta qarşı əlavə pul yuma və fırıldaqçılıq ittihamlarını rədd eləyib. Boutun vəkilləri bu ittihamların köməyi ilə müştərilərinin Tailand həbsxanasında qalmasına və ABŞ-a verilməməsinə çalışırdırlar.

Bu ilin avqustunda məhkəmə amerikalıların beynəlxalq silah qaçaqmalçılığında ititham elədiyi Viktor Boutun ABŞ-a ekstradisiyası haqda qərar vermişdi və Rusiyanın narazılığına səbəb olmuşdu.