Amerikalilar İslamdan qorxmalıdırmı?

Pakistanda islamçı Jamiat Ulma-e-Islam partiyasının fəallarının etiraz aksiyası, 4 İyun 2010-cu il

“Amerikalılar İslamdan qorxmalıdırmı?” Bu sual Amerikanın ABC televiziyasının “Bu həftə” tolk-şousunda qızğın müzakirəyə səbəb olub. Verilişin aparıcısı Kristian Amanpurun İslamın Amerikadakı yeri barədə sualı bir qrup amerikalıların narahatlığını üzə çıxarıb.

İSLAMDAN QORXMAMAQ TARİXİ İNKAR ETMƏKDİR
Oğlunu 11 sentyabr terroru zamanı itirən Piter Gadiel deyib ki, İslamdan qorxmaq istəməzdi, ancaq “müsəlman terror hücumlarının tarixinə” məhəl qoymamaq “düşüncəsizlik” olardı. 11 sentyabrdan sonra yaradılan Ailələr üçün Təhlükəsiz Amerika Fondunun üzvü olan Gadilen qeyd edib ki, “bu təhlükəyə əhəmiyyət verməmək İslam tarixinə əhəmiyyət verməməkdir”.

MƏN İSLAMDAN QORXMAQ İSTƏMİRƏM
2001-ci ilin 11 sentyabr terrorunda qızını itirən Donna Marsh O'Connor qeyd edib ki, amerikalılar qorxu içində yaşamamalıdır: “Mən hesab edirəm ki, amerikalılar cinayət əməlindən qorxmalıdır. Bu münasibəti nəzarətə götürmək üçün əlimizdən gələni etməliyik. Mən iki oğlumu qonşuluqdakı insanlardan qorxmağı öyrədərək böyüdə bilmərəm. Bu, baba-nənəmin gəldiyi Amerika deyil”.

İSLAM NİYƏ QƏDDARDIR?
Daha sonra aparıcı Kristian Amanpur üzünü İslamı “ədalətsiz” və “qəddar” adlandıran keşiş Franklin Graham-a tutub. Graham deyib ki, müsəlmanların Amerikada nə etməyə çalışdığını anlayır: “Onlar mümkün qədər çox məscid və mədəniyyət mərkəzi yaratmaq və amerikalıları İslama çevirmək istəyirlər”.
Öz mövqeyini əsaslandırmağa çalışan Graham Şəriət qanunlarını və bu qanunların qadınlara, inancsızlara qarşı münasibətini bölüşmədiyini vurğulayıb.

MÜSƏLMANLAR AMERİKAYA ŞƏRİƏT QANUNLARINI GƏRİMƏK İSTƏYİR?
Bu dəfə aparıcı “The Daily Beat”in redaktoru Reza Aslana dönüb, “müsəlmanların bu ölkəyə şəriət qanunlarını gətirmək istəməsi ilə bağlı dəlillərin olub-olmadığını” soruşub.

“Bir dənə də olsun dəlil yoxdur”, deyə Reza Aslan cavab verib.

O zaman aparıcı keşiş Grahamdan İslamı “qəddar” din adlandırmağının səbəbini soruşub: “Sizin qızınızı götürək - düşünürsünüz ki, din, şəriət sizə namusa görə öldürmək hakimiyyəti verir. Ohayoda gənc qızın başına gələnləri gördük....”

QƏDDARLAR DİNDƏN XƏBƏRSİZLƏRDİRLƏR
Ancaq Murfreesboro İslam Mərkəzinin lideri İmam Ossama Baloul ona fikrini tamamlamağa imkan verməyib:

“Bu, belə deyil. Bizdə xristian, müsəlman, yəhudi və digərləri də var ki, müqəddəs kitablardan yanlış istifadə edirlər. Bu anlaşılandır. Mən bunu inkar etmirəm. Ancaq müsəlmanların əksəriyyətinin bu din haqda lazımi məlumatı var”.


DÜNYA İCARƏT MƏRKƏZİNİN YERİNDƏ MƏSCİD MƏSƏLƏSİ
Verilişdə 11 sentyabr terrorunun baş verdiyi ərazinin “Ground Zero” nun yaxınlığında” məscid və İslam Mərkəzi yaradılması fikrinə də toxunulub. Amerika Dəyərləri qrupunun sədri Gary Bauer bu fikri təklif edənləri “nəzakətsizlikdə” günahlandırıb:

“İslam adından 3 minə yaxın insanın öldürüldüyü yerin yaxınlığında məscid tikilməsi təklifi son dərəcə nəzakətsizlikdir. Çünki radikal islamla müharibənin ilkin mərhələsi həmin yerdən başlayıb. Bu gün biz hamımız ölümə ibadət edən insanlarla üzləşmişik, onlar bizə 11 sentyabr hadisəsində də pis gün gətirmək istəyirlər.

Keşiş Graham amerikalıların məscid və mədəniyyət mərkəzi tikmək hüququ olduğunu etiraf etsə də, “Ground Zero” yaxınlığında buna ehtiyac olduğuna şübhə etdiyini bildirib:
-“Hüququn olması mütləq şəkildə bunu etməli olduqları anlamını vermir. Onlar insanların hissiyyatına bir qədər həssas yanaşa bilərlər”.

Aparıcı bu şübhələrlə bağlı İslam Mədəniyyət mərkəzinin əsas tərəfdarlarından biri Daisy Khana üz tutaraq soruşub ki, “mərkəzin yerini dəyişməyə ehtiyac olduğunu düşünmür ki?”

“Yox. Hesab edirəm Amerika dəyərləri üstün olmalıdır”, deyə Khan cavab verib.