"Müharibə hələ başa çatmayıb"


“Azərbaycanda hərbi məsələlərə ayrılan xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bu müsbət meyllər davam edəcək”. Bu barədə ölkə prezidenti İlham Əliyev oktyabrın 5-də Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılış mərasimində danışıb. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bildirib ki, hələ müharibə başa çatmayıb:
-“Müharibənin birinci mərhələsi başa çatıb. Müharibə o vaxt başa çatacaq ki, sülh müqaviləsi bağlanacaq. Sülh müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları qayıtsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.” – İlham Əliyev deyib.

Dünəndən bəri Prezident İlham Əliyev Naxçıvan bölgəsində səfərdədir.