«Qaraçı sənayesi»

Els de Groen

1984-cü ildə mən rus yazıçı Eduard Uspensky ilə layihəni başladım. Sovet hakimiyyəti ilə çoxlu çətinlikdən sonra, bizim satirik uşaq kitabımız, “Yaxşı Uşağın İli” nəşr edildi və 1989-cu ildə kitab Arkady Gaidar Mükafatını uddu. Mən o vaxtdan bəri Şərqi Avropa mövzularında yazıram.

Mən bir axşam qəflətən məmurlarının rəngi dəyişən, biznesmen, azadlıq fədailəri tək oyanan post-kommunist cəmiyyətlərinə məftun idim. Qərb siyasətçiləri yeni doğulmuş tərəfdarlarını salamladı, sanki heç vaxt Şərqdə əsl ziyalılar olmamışdı. Özəlləşdirmə dalğasında bəzi adamlar pul qazandı, amma çoxları işini itirdi və kasıblaşdı. Böyük əksəriyyət üçün artıq heç bir təhlükəsizlik şəbəkəsi yox idi: nə səhiyyə qayğısı, nə də ödənişsiz təhsil.

15 il əvvəl Avropada sağ partiyaların oyanışı başladı: bir ailəni yedirtmək üçün daha çox maaşa ehtiyac duyan Şərqi Avropa sakinlərinin iflasları müşahidə olundu. Yoxsullar tez-tez öz kasıbçılıqlarında “qaraçı” adlandırdıqları, bəzilərinin “roma” dedikləri icmanı günahlandırdı. Vəziyyətin mürəkkəbliyini qonşuda axtarmaq asandır, xüsusilə qonşunun dərisi və ənənələri müxtəlif olanda. Bəzən keçmiş kommunistlər sağçıları dəstəklədi, çünki romaları tənqid etmək, diqqəti varlanan xoşbəxt azlıqlardan ayırdı.

MÜXTƏLİF LAYİHƏLƏR HƏYATA KEÇİRMƏK ÜÇÜN ROMALAR QAZANC MƏNBƏYİDİR


2000-ci illərdə korrupsiya və kasıblıq haqqında yeni kitab üçün axtarışlar aparanda mən Avropa Parlamentini tənqid etməyə başladım ki, bu cür vəziyyətə etinasız yanaşıb.

Hədəfim Şərqi Avropada idi - prioritet kimi romalar məsələsi məni maraqlandırırdı.

Korrupsiyaya, şəffaflığın çatışmazlığına və fondların səhv istifadəsinə aid suallara cavab axtarırdım. Gördüm ki, əksinə, “qaraçı sənayesi” kimlər üçünsə qazanclı sahədir və bəzi QHT-lər üçün də müxtəlif layihələr həyata keçirmək üçün romalar qazanc mənbəyidir.

Amma Avropa Komissiyası monitorinqə başlamadı. Sorğu-suallarımın və parlament tədqiqatımın əsas nəticəsi boşuna getdi.

Avropa Parlamentinin üzvləri ilə komissiyanı təhsildə və peşələrdə konkret ölçülər tətbiq edilən Romalar Strategiyasını hazırlamağa inandırdım.

ROMALILARIN AĞIR VƏZİYYƏTİ AVROPA DEMOKRATİYASININ SINAĞI OLA BİLƏR

1990-cı illərin əvvəllərində Çexiya prezidenti Vaclav Havel bəyan etdi ki, romaların ağır vəziyyəti Avropa demokratiyasının sınağı ola bilər.

Bolqarıstanda, roma uşaqları yetimxanalarda öldü; İtaliyada, kütləvi qətl və talanlar vardı, Macarıstanda roma ailələri qəsdən törədilən yanğınlarda həlak oldu. Yüzlərlə roma siyasi qaçqınlar kimi Kanadaya miqrasiya etdi və s.

2009-cu ildə, Macarıstanın Avropa Parlamentindəki nümayəndəsi kimi ayda 800 avrodan az qazandığım mandatımın vaxtı bitdi. Nəzərə alaq ki, İtaliyanın bu qurumdakı nümayəndəsi 11 min avro qazanır.

“Qaraçı sənayesi” kimlər üçünsə qazanclı sahədir?
Avropa birləşdirir - amma bir tərəfin ayağı uzun, o birininki qısadır...

2009-cu ildə parlamenti tərk etdikdən sonra, Avropa Komissiyasına təqdim etdiyim Romalar Strategiyasını hazırladım. Artıq uzun illər idi ki, roma cəmiyyətində yaxşı əlaqələrim vardı. Ən kasıb icmalardakı vəziyyətlə tanış idim, bu yerlərdən kitablar yazmışdım. Bacarıqlı, təhsilə, əməyə cəlb edilməsini istəyən gənclərlə tanış oldum.

HAKİM CƏMİYYƏTİN ƏN BÖYÜK SƏHVİ

Hakim cəmiyyətin ən böyük səhvlərindən biri paternalist - himayəçilik yanaşmanı tətbiq etməsidir. Özündə saxlamağın ən yaxşı yolu öhdəlikləri və qüvvələri bölməkdir. Adamlarla daimi olmayan azlıq kimi davranmaq ayrı-seçkiliyə yaxındır.

Avropa Komissiyasının rəhbərliyi mənim təkliflərimi qiymətləndirdi, amma nədənsə, sonradan ödənişsiz təklifim rədd edildi. Bir həftə sonra, prezident Nikola Sarkozi romaların Fransadan çıxarılması məsələsini gündəmə gətirdi və minlərlə roma Fransadan sürgün edildi.

Halbuki, 2008-ci ildə Avropa Parlamenti eyni addımı atmaq istəyən İtaliyanın Baş naziri Silvio Berlusconini ittiham etmişdi.

Romaların sayı 10 milyondur ki, bu da Lüksemburqun əhalisindən 20 dəfə çoxdur. Amma onların komissiyada tək bircə məmuru yoxdur. Bu yaxınlarda formalaşdırılmış Əməliyyat Qrupunda bircə roma belə yoxdur. Avropa Birliyinin 2011-ci il üçün elan etdiyi Romaların Cəmiyyətə İnteqrasiyası Strategiyasının işlənməsinə də cəlb olunmayıb.

Brüssel milləti necə “çıxdaş” edə bilər?

NİYƏ O, BİR ROMALI İLƏ ÖZ OFİSİNDƏ GÖRÜŞMÜR?


Birinci dəfədir ki, Avropa Birliyinin əsas hüquqlar üçün ali komissarı var. Ancaq niyə o, roma icmalarına getmir? Niyə o, bir roma ilə öz ofisində görüşmür? Niyə romalar bu qədər ölkələrdə olsalar da, bu qədər dini təmsil etsələr də, milli dəstəyi yoxdur?

Bu yay mən romalara qarşı film çəkənlərə, yazanlara, rəssamlara, musiqiçilərə, fotoqraflara, rəqqaslara qarşı qlobal hərəkata başladım, homoseksualistlərə nifrət edənlərə, Holokostu istehsal etmiş bütün qaranlıq qüvvələrə qarşı qlobal hərəkat... Biz yalnız müştərək yaradıcılığa ehtiyac duyuruq.

/Tərcümə etdi: Səadət Akifqızı/