Jurnalistin qətli ilə bağlı 2 nəfər həbs olunub

Alma-Atıda qırğızıstanlı jurnalisr Gennadi Pavlyukun qətlində şübhəli bilinən 2 nəfər həbs olunub.

Qazaxıstan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, onlar şəhərdəki restoranlardan birində yaxalanıblar.

Naməlum adamlar ötən ilin dekabrında müxalifətdə olan jurnalist Pavlyukun əl-qolunu bağlayaraq 6-cı mərtəbədən yerə atıblar.

Qırğızıstan müxalifəti bu qətlədə xüsusi xidmət orqanlarının əli olmasını istisna eləmir.