Bakıda Xəzəryanı ölkələrin görüşü olacaq

Oktyabrın 12-də Bakıda beş Xəzəryanı ölkənin görüşü olacaq.

Xarici işlər nazirliyi səviyyəsində keçiriləcək görüşdə Xəzərin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, bu formatda ilk görüş ötən il oktyabrın 23-24-də həmçinin Bakıda keçirilib.