Çilidə şaxtaçıların çıxarılmasına başlanacaq

İki aydan çoxdur ki, Çilidə yerin altında qalmış şaxtaçıların çıxarılmasına çox güman ki, oktyabrın 13-də başlanacaq.

Bunu Çilinin dağ-mədən sənayesi naziri Lourens Qolborn deyib.

Qızıl mədənində , 700 metrlik dərinlikdə qalmış 33 şaxtaçını çıxarmaq üçün qazılan kiçik tunel artıq hazırdır.

Onlar yuxarıya bir-bir , xüsusi kapsulla çıxarıalacaqlar.

Şaxtada qəza avqustun 5-də baş verib.
Onların sağ qaldıqları , qəzadan bir neçə həftə sonra bəlli olub.