Pakistan NATO qüvvələrini təhciz edən yolu açıb

Pakistanın hakim dairələri Əfqanıstandakı NATO qüvvələrini təhciz edən əsas yolu açıb.

Artıq ilk maşın karvanı gecə yarısı iki ölkə arasındakı sərhəddi keçib.

Pakistan sentyabrın sonunda NATO-nun sərhəd bölgəsində keçirdiyi reyd zamanı 3 əsgərinin ölümündən sonra bu yolu bağlamışdı.

Bu müddət ərzində yaraqlılar NATO-nun maşın karvanlarına 6 dəfə hücum ediblər.