İlkin məlumatlara görə, Qırğızıstanda keçirilmiş parlament seçkilərində müxalifət partiyası sayılan Ata-Jurt Partiyası liderlik edir.
Səslərin 80 faizindən çoxu artıq sayılıb və Ata-Jurt seçicilərin 8.5 faizinin etimadını qazanıb. 2-ci yerdə sosial-demokratlar, sonra Respublika, daha sonra isə Ar-Namıs və Ata-Məkan partiyaları gəlir.
Ölkə üzrə seçicilərin 57 faizi səsvermədə iştirak edib. İyunda 400 nəfərin ölümü ilə nəticələnən iğtişaşların baş verdiyi Oşda isə bu göstərici 66 faiz olub.