İqtisadiyyat üzrə Nobel Mükafatı üç nəfərə verildi

2010-cu ilin iqtisadiyyat üzrə Nobel Mükafatı ikisi ABŞ-dan, biri Britaniyadan olan üç nəfərə verilib. Onlar ABŞ alimləri Peter Diamond, Dale Mortensen və Britaniyadan Christopher Pissaridesdir.

İsveç Elmlər Akademiyası oktyabrın 11-də elan etdiyi qərarda deyilir ki, onlar əmək bazarında boş iş yerləri və işsizlər üzrə nəzəriyyəni təkmilləşdirdikləri üçün layiq görülürlər.

İqtisadiyyat altı Nobel Mükfatı içərisində tanınmış İcveç sənayeçisi Nobelin özünün təsis etmədiyi yeganə mükafatdır. Bu Mükfatı 1969-cu ildə İsveçin Mərkəzi Bankı Nobelin şərəfinə yaradıb.