Azərbaycan ordusunun əsgəri həlak olub

Azərbaycanda daha bir əsgər ölümü hadisəsi baş verib.

22 yaşlı Sadiq Mürşüd oğlu Əsədov oktyabrın 12-də Murovdağda xidmət etdiyi N saylı hərbi hissədə naməlum səbəbdən dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, bu barədə Şirvan Hərbi Komissarlığından onlara məlumat verilib və əsgərin meyitinin yaxın saatlarda ailəyə təhvil veriləcəyi qeyd olunub.

Şirvan Hərbi Komissarlığından ANSPRESS-ə verilən məlumata görə, Sadiq Mürşüd oğlu Əsədov ötən gün donvurmadan dünyasını dəyişib.

S. Əsədov 3 ay əvvəl Şirvan Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.