Hillari Klinton Kosovoya gedib

ABŞ dövlət katibi Hillari Klinton Balkan regionuna 3 günlük səfəri çərçivəsində Kosovoya gedib.

O, Priştinada prezident əvəzi Yakup Krasniçi və digər hökumət rəsmilərilə görüşəcək.

Hillari Klinton çərşənbə axşamı Belqradda Serbiya prezidenti Boris Tadiçlə görüşüb.

Azadlıq Radiosunun müxbirinin məlumatına görə, Boris Tadiç bir daha bildirib ki, Serbiya heç vaxt Kosovonun müstəqilliyini tanışayacaq, amma Priştina ilə danışıqlara getməyə hazırdır.