Tofiq Yaqublunun namizədliyi qeydə alınıb

Müsavat başqanının müavini Tofiq Yaqublunun namizədliyi qeydə alınıb.

Bu barədə MSK-nın oktyabrın 14-də keçirilən iclasında məlumat verilib.

O, «AXCP-Müsavat» seçki blokunun vahid namizədi kimi 26 saylı Sabunçu Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Oktyabrın 11-də DSK onun namizədliyini qeydə almaqdan imtina etmişdi. Dairə bunu T.Yaqublunun gəlirləri ilə bağlı verdiyi məlumatlarda müharibə veteranı kimi aldığı müavinəti göstərməməsi ilə izah edirdi. MSK isə məsələyə baxaraq qərarı dəyişdirib.

«AXCP-Müsavat» seçki blokunun 7 noyabrda keçiriləcək parlament seçkilərində irəli sürdüyü 92 namizəddən indiyə qədər 33 nəfəri qeydə alınıb.