Pilotsuz təyyarə Pakistan ərazisini atəşə tutub

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistan ərazisini atəşə tutması nəticəsində 9 adam ölüb.

Onların yaraqlılar olduğu təxmin edilir.

Zərbələr Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristandakı iki kəndə endirilib.

Son iki ay ərzində bölgədə yaraqlılara qarşı bu cür reydlərin sayı artıb.