İsrailin hərbi hava qüvvələri Qəzzəni vurub

İsrail təyyarəsinin Qəzzə bölməsini vurması nəticəsində 2 fələstinli ölüb.

İsrail hərbçiləri onların İsrail ərazisini raketlə vurmaq istəyən yaraqlılar olduğunu deyirlər.

Qeyd edək ki, oktyabrın 21-də Parisdə keçirilməli olan İsrail-Fələstin danışıqları təxirə salınıb.