Əhmədinejad deyir ki,Qərbin dialoqdan başqa yolu yoxdur

Bu gün aparıcı dünya ölkələrinin Tehranla danışıqlara getməkdən başqa yolu yoxdur. Bunu İran prezidenti Mahmud Əhmədinejad bu gün Ərdəbildə çıxış edərkən deyib.

O, qeyd edib ki, biz hələ ilk günlərdən demişik ki, ən yaxşı yol İranla danışıqlara getməkdir və onların başqa variantı yoxdur.

Avropa Birliyinin rəsmisi noyabrın 15-18-i arası İranla 6 aparıcı dünya ölkəsi arasında danışıqları bərpa etməyə çağırıb.

İran nüvə proqramı ilə bağlı beynəlxalq aləmlə əməkdaşlıqdan imtina etdiyinə görə, BMT-nin təhlükəsizlik şurası bu yaxınlarda ona qarşı yeni sanksiyalar tətbiq edib.