Ərdəbildən olan azərbaycanlı jurnalist Rəhim Qulami oktyabrın 15-də azadlığa buraxılıb. Məlumatı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası yayıb. Qanunsuz qruplara üzv olmaqla İran hakimiyyətinə qarşı təbliğat aparmaqda ittiham olunan jurnalist 2009-cu il oktyabrın 28-də həbs edilib. Daha sonra Ərdəbil İnqilab Məhkəməsi ona beş il sürgündə çəkiləcək həbs cəzası kəsib.
Amma sonradan apelyasiya məhkəməsi hökmü və ittihamı dəyişərək onun həbsini bir ilə endirib. Jurnalist bir illik cəzasını Həmədan həbsxanasında çəkib.
Rəhim Qulami həftəlik “Mehre Ərdəbil” və “Yaşıl Moğan” qəzetlərində çalışıb.