Medvedev casusluq ittihamı ilə saxlananlara mükafat verdi

Rusiya prezidenti Dmitri Medvedev ABŞ-dan qovulmuş casuslara dövlət mükafatları təqdim edib. Kremlin sözçüsü Natalya Timakova oktyabrın 18-də yaydığı məlumatda bildirir ki, ABŞ-da Rusiya üçün işləmiş və iyul ayında Moskvaya verilmiş adamlara Rusiyanın yüksək dövlət mükafatları təqdim edilib. Amma mərasimdən foto və ya video yayılmayıb.

ABŞ-da Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunaraq saxlanmış 10 nəfər iyul ayında Moskvaya verilib. Əvəzində də Rusiya Qərbə casusluq ittihamı ilə saxladığı dörd nəfəri ABŞ rəsmilərinə verib.