MDB-nin müşahidə missiyasının Bakıda qərargahı açılıb

Bakıda parlament seçkilərini izləyəcək MDB ölkələri müşahidə missiyasının qərargahı açılıb.

Bu barədə jurnalistlərə qərargahın rəhbəri, Birliyin İcra Komitəsinin şöbə müdiri Yevgeni Sloboda bildirib. Xəbəri İTAR-TASS yayıb.

Yevgeni Slobodanın sözlərinə görə, artıq 6 uzunmüddətli müşahidəçi Azərbaycandadır. Onlar ölkə rəsmiləri, MSK rəhbərliyi, deputatlığa namizədlər, seçki blokları və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirir, dairə seçki komissiyalarına baş çəkirlər.

«Biz həmçinin missiyanın seçkilərlə bağlı hüquq-mühafizə orqanlarına daxil olan şikayətlərlə tanış ola bilməsi üçün ölkənin Baş Prokurorluğuna, Ali Məhkəməyə və DİN-ə müraciət edəcəyik», deyə MDB missiyası qərargahının rəhbəri bildirib.

Azərbaycanda parlamenti seçkiləri noyabrın 7-də keçiriləcək.