«Azəriqaz» Daxili İşlər Nazirliyini məhkəməyə verib

Apelyasiya Məhkəməsində «Azəriqaz»ın Daxili İşlər Nazirliyinə (DİN) qarşı məhkəmə baxışı oktyabrın 29-na təyin olunub.

Oktyabrın 19-da apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

«Azəriqaz» DİN-in qaz pulu borcunun ödənilməsi iddiası ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etsə də, məhkəmə iddianı təmin etməyib. Bundan sonra «Azəriqaz» Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli olub.

İddiada nazirliyin «Azəriqaz»a olan borcu 65 min manat göstərilib.