Mərkəzi Nəbatat Bağının Şamaxı dayaq məntəqəsinin müdiri Əzizbaba Fətullayev deyir ki, məntəqəyə aid bağ sahəsinin demək olar ki, 30 faizi Şamaxı rayon İcra Hakimiyyəti və yerli bələdiyyə tərəfindən fərdi ev tikintisi üçün ayrı-ayrı adamlara satılıb:
ŞAMAXININ GÖZƏGƏLİMLİ TORPAQLARI
“Guya bu torpaq 1996-cı ildə torpaq islahatları aparılanda yaddan çıxıb. Halbuki, həmin torpaq sahəsi meşə fond torpağı kimi xəritədə də oturdulub. 1987-ci ildə həmin torpaqlar bizə verilib. Həmin torpaqlar görkəmli yerdə olduğuna görə, meşə olduğuna görə, rayonun yaxşı yerlərindən biri olduğu üçün ayrı-ayrı adamlara satıblar”.
Əzizbaba Fətullayev deyir ki, Nəbatat Bağının ərazisində fərdi ev tikmək istəyənlər sadə adamlar deyil, yüksək rütbəli məmurlardır. Ona görə də məhkəmə belə aciz qalıb. İndiyə kimi bir neçə məhkəmə olub, iş Sumqayıt Apelyasiya Məhkəməsinə də gedib çıxıb, apelyasiya instansiyası yenidən baxılması üçün işi Şamaxı rayon Məhkəməsinə qaytarıb. Lakin məhkəmə yubanır:
“Prezident Administrasiyasının, Respublika Prokurorluğunun, Milli Təhlükəsizlik Nazirliyinin, Neft Şirkətinin işçilərinin evləridir. Buna görə də bu günə kimi məhkəmə getmir, hər dəfə təyin olunan vaxtda gedirik məhkəməyə, min bir bəhanə gətirirlər, məhkəmə olmur. Həmin yerlərdə də evlər tikilməkdə davam edir, onlar gətirib dirəkləri basdırırlar, mən çıxardıb tullayıram”.
“HASARLAYIRLAR, UÇURDURUQ, YENƏ HASARLAYIRLAR“
Mərkəzi Nəbatat Bağının direktoru Oruc İbadlı isə deyir ki, Şamaxıdakı Nəbatat Bağının ərazisində 10 hektar badamlıq sahəsi və 20 hektar üzümlük sahəsi var. 20 hektarlıq sahə vaxtilə sənədləşdirilib, 10 hektarlıq sahə isə sənədləşdirilməyib və məhkəmə qərar çıxarıb ki, həmin sahə meşə torpağına aiddir. Lakin bununla belə, Oruc İbadlı hesab edir ki, 10 hektar sahəni də onlardan asanlıqla almaq mümkün deyil:
“10 hektarda bizim 5 milyona qədər bitkimiz var, qoz, fındıq, şabalıd, badam əkmişik. Onu bizdən ala bilməyəcəklər. Alsalar da bizim xərcimizi ödəməlidirlər”.
Oruc İbadlının deməsinə görə, neçə illərdir məhkəmələrdə torpaq uğrunda mübarizə aparırlar və artıq hiss edir ki, qarşı tərəfə gücü çatmır:
“Hasarlayırlar, uçurduruq, yenə hasarlayırlar, yenə uçurduruq. Vallah, aciz qalmışam. Akademiyanın alimiyəm, müxbir üzvüyəm, 20 elmlər namizədinin, 10 akademikin, 10 müxbir üzvünün adından bütün instansiyalara yazmışam, artıq yorulmuşam”.
BƏLƏDİYYƏ SƏDRİ DEYİR BİZ KİMİK Kİ...
Şamaxıdakı Nəbatat Bağının direktoru Əzizbaba Fətullayev iddia edir ki, torpaq sahələri Əngəxaran kənd bələdiyyəsi tərəfindən satılıb. İndi Əngəxaran və Məlhəm kəndlərinin bələdiyyəsi birləşdirilib, hazırda təkcə Məlhəm kənd bələdiyyəsi fəaliyyət göstərir. Məlhəm kənd bələdiyyəsinin sədri İqbal Bağırov isə bunları deyir:
“Biz kimik, onu hələ məhkəmə müəyyən edir ki, ora kimin yeridir. Bu barədə məhkəmədən sonra danışa bilərəm”.
Məhkəmənin illərlə uzanmasına gəlincə isə, bələdiyyə sədri hesab edir ki: “Uzanmasına səbəb var, çünki bu iş kötüksüz olan bir şeydir, iş Şamaxı məhkəməsindədir, məhkəmə qərar verəcək ki, yer Nəbatat Bağınındır, yoxsa bələdiyyənin, yaxud başqa bir təşkilatındır”.
Bu məsələyə Şamaxı rayon İcra Hakimiyyətinin də münasibətini öyrənmək istədik. Ancaq dəfələrlə cəhd etsək də oradan suallarımıza cavab verən olmadı. Ancaq bununla belə, bu məsələylə bağlı icra hakimiyyətinin mövqeyini də verməyə hazırıq.
OLİQARXIN TİKDİYİ O VAXT SÖKÜLÜR Kİ...
Vəkil Fuad Ağayev də bu fikirdədir ki, oliqarxın tikdirdiyi evi sıradan bir adam sökdürə bilməz:
“Mən hələ eşitməmişəm ki, adi bir vətəndaş dövlət qulluqçuları ilə mübarizədə qüvvələr nisbəti bərabər olmayan bir şəkildə qalib gəlsin”.
Vəkil hesab edir ki, yüksək vəzifəli şəxslərin tikililəri o vaxt sökülür ki, burda birbaşa prezidentin öz marağı var:
“Bir neçə hal bilirəm ki, bəzi oliqarxların inşa etdirdikləri tikililər respublika rəhbərinin göstərişi ilə sökülüb. Adi vətəndaşın tələbi ilə yox, respublika rəhbərinin göstərişi ilə sökülüb”.
Fuad Ağayev hesab edir ki, belə məsələlərdə məhkəmələr də qərar çıxarmaqda acizdir, süründürməçilik də buradan qaynaqlanır: “Məhkəmələrdə mülki işlərə baxılması bir qayda olaraq 3 aydan artıq olmamalıdır, bu müddətdən az ola bilər ki, çox ola bilməz. Ancaq qanunvericiliyin keyfiyyətsizliyi, məhkəmə təcrübəsinin lazımi səviyyədə olmaması buna gətirib çıxarır ki, hüquqdan sui-istifadə etmə, yaxud məhkəmə özbaşınalığı nəticəsində bu müddət xeyli dərəcədə uzanır”.
Mərkəzi Nəbatat Bağının direktoru Oruc İbadlı da, Şamaxıdakı Nəbatat Bağının direktoru Əzizbaba Fətullayev də iddia edirlər ki, torpaqları geri qaytarmaq uğrunda sağlamlıqlarını da itiriblər. Hər ikisi infarkt xəstəliyinə tutulduqlarını deyirlər. Oruc İbadlı artıq yarı yoldan qayıtmaq fikrindədir, çünki etiraf etdiyi kimi, çalışmalarının nəticəsiz olması onu həvəsdən salıb. Əzizbaba Fətullayev isə fərqli fikirdədir, deyir nə qədər ki, Şamaxı Nəbatat Bağının rəhbəridir, bağa məxsus bir sot torpaq da oliqarxlara keçməyəcək.