Səfər Əbiyev Krıma gedib

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev oktyabrın 20-də keçiriləcək MDB ölkələri müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Krıma yola düşüb.

İclasda hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.