Neftçilər prospektində yaşayan bir qrup sakin etiraz aksiyası keçirib

Bu gün Neftçilər prospekti, 140 saylı binanın bir qrup sakini “Gilan-holdinq” tərəfindən binanın sökülməsilə əlaqədar etiraz aksiyası keçiriblər. Sakinlər bildiriblər ki, bina 1959-cu ildə tikilib, “Xəzərdənizgəmicilik” birliyinin balansında olub. 2004-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti binanın sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı sərəncam verib.

Sakinlər son iki ildə onlarla hər hansı danışığın aparılmadığını bildiriblər:

“Hər yerə yazmışıq, kömək istəmişik, amma məktubumuza cavab verən yoxdur. Evin hər kvadratmetrinə 1500 manat pul verirlər. Qonşu binada 1 kv.m. 6 min manatdır. Heç olmasa 5 min manat versinlər, çıxaq”.

Binaya qaz, su, işıq verilməsi dayandırılsa da, sonradan bərpa olunub.

Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması haqda rəy hazırlayıb, həmin rəy məhkəməyə təqdim olunacaq.