H.Klinton Tehranı amerikalı məhbusları buraxmağa çağırıb

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İranı Tehranda həbsdə olan iki ABŞ vətəndaşını azad etməyə çağırıb.

Noyabrın 6-da onların məhkəməsi başlanmalıdır.

Onlar İran sərhəddini qanunsuz keçməkdə və casusluqda ittiham olunurlar.

Onlarla birlikdə həbs olunmuş Sara Şurd sentyabrda pul girov qoymaq şərtilə azad olunub və İranı tərk edib.