Fransanın təhlükəsizlik qüvvələri yanacaq anbarının blokadasını yarıb.
Pensiyaya görə yaş həddinin artırılmasına etiraz edən aksiyaçıların müəssisəni mühasirəyə alması, ölkədə yanacaq qıtlığına səbəb olmuşdu.
Artıq bir neçə həftədir ki, Fransada tətil və etiraz aksiyaları keçirilir.
Paris də daxil olmaqla ölkənin bir sıra şəhərlərində gənclərlə polis arasında toqquşmalar olub.
Hökumət pensiyaya görə yaş həddini 60-dan 62-ə qaldırmağı planlaşdırır və həftənin sonunda Senatda məsələyə baxılmalıdır.