Prezidentin yolu üstündə bombalar tapılıb

Ukraynada Kirovoqrad şəhərinin rəsmiləri oktyabrın 22-də bildiriblər ki, bir neçə dövlət binası yaxınlığında kiçik partlayışlar olub. Hadisə prezident Viktor Yanukoviçin həmin şəhərə baş çəkməsindən bir neçə saat əvvəl baş verib.

Partlayışlarda binaların şüşləri sınsa da xəsarət alan olmayıb.