BMT-nin missiyasına hücumu 4 yaraqlı törədib

Son məlumata görə Əfqanıstanın Herat şəhərində BMT-nin missiyasına hücumda 4 yaraqlı iştirak edib.

Onlardan 3-ü təhlükəsizlik qüvvələri ilə atışmada öıdürülüb, biri isə missiyanın yerləşdiyi kompleksin qapısını minalanmış maşınla partlatmış intiharçı olub.

BMT-ninəməkdaşlarından xəsarət alan olmayıb, hücum başlayan kimi onların hamısı köçürülüb.

Həmçinin kolaisiya və yerli qüvvələr arasında itki olmayıb.Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.