3 jurnalist də aclığa qoşulub

«Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli, «Yeni Müsavat» qəzetinin əməkdaşı Samir Kazımlı və köşə yazarı Seymur Baycan aclıq aksiyasına qoşulublar. Jurnalistlər Şahvələd Çobanoğlu, Qan Turalı və Elçin Həsənov isə oktyabrın 23-də aksiyanı dayandırıb.

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur.

Oktyabrın 20-dən isə jurnalistlər Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Aksiya növbəlilik prinsipi ilə davam etdirilir.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.