Haitidə vəbadan ölənlərin sayı 250 nəfərə çatıb. 3000-dən çox adam isə bu xəstəliyə yoluxub.
Ölkənin şimal və mərkəzi rayonlarından başlamış epidemiya paytaxt Porto-Prensə çatıb. Şəhərdə artıq 5 belə hal qeydə alınıb.
Yanvarda Haitidə baş vermiş zəlzələdən sonra evsiz qalmış insanlar ölkə paytaxtına axışıb, nəticədə şəhərdə sıxlıq yaranıb. Zəlzələ nəticəsində isə ölkənin infrastrukturu, su təchizatı sistemi dağılmışdı.
Yanvarın 12-də baş vermiş zəlzələdə 220 mindən artıq adam ölmüşdü, milyon yarımdan artıq adam isə evsiz qalmışdı.