Haitidə vəbadan ölənlərin sayı 280 nəfərə çatıb

Haitidə vəbadan ölənlərin sayı 280 nəfərə çatıb. 3600 nəfər isə bu virusa yoluxub.

Qonşu Dominikan Respublikası epidemiyaya görə Haiti ilə sərhədi bağlayıb.

Yanvarda Haitidə baş vermiş zəlzələdən sonra evsiz qalmış insanlar ölkə paytaxtına axışmışdı, nəticədə şəhərdə sıxlıq yaranmışdı. Zəlzələ nəticəsində isə ölkənin infrastrukturu, su təchizatı sistemi tamamilə dağılmışdı.