Bin Laden Fransanı hədələyib

Beynəlxalq terrorçu Usama bin Laden Fransanı qisasla hədələyib.

Əl-Cəzirə televiziyasının yaydığı audioyazıda bin Laden xəbərdarlıq edib ki, əgər Fransa ordunu Əfqanıstandan çıxarmasa vətəndaşları öldürüləcək.

O, Nigeriyada fransalı mütəxəssislərin girov götürülməsinin bütün fransızlara xəbərdarlıq olduğunu bildirib.
Audioyazının həqiqiliyini təsdiqləmək mümkün olmayıb.