Parisdən Bağdada birbaşa təyyarə reysləri açılacaq

Fransanın hava şirkətinə məxsus sərnişin təyyarə bazar günü Bağdad hava limanına enib.

Bu İraq müharibəsindən bu yana Qərbi Avropadan birbaşa Bağdada uçan ilk sərnişin təyyarəsidir.

Təyyarədə olanlar iş adamlarıdır.

Məlumatlara görə 2-3 aydan sonra Parislə Bağdad arasında müntəzəm kommersiya reysləri açılacaq.

Reyslərin həftədə iki dəfə olacağı gözlənilir.