Azərbaycana ilk qar düşüb

Ötən gün axşam saatlarından başlayaraq Qubanın dağ kəndlərinə qar yağıb.

ANS PRESS-in məlumatına görə, rayon mərkəzindən təxminən 70 kilometr aralıda yerləşən Rük kəndində 20, Xaltan kəndində isə 14 santimetr qar düşüb.

Digər kəndlərə isə sulu qar yağıb.