Prezident bir qrup adamı kənd təsərrüfatı inkişafına görə mükafatlandırıb

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətlərinə görə iki məmuru “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 13 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatmükafatlandırıb.

Prezident həmçinin kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Telman Orucova “Əməkdar Dövlət Qulluqçusu”, Matvey Kazakov və Əlisgəndər Yaqubova isə “Əməkdar Kənd Təsərrüfatı İşçisi” fəxri adı verib.