NATO baş katibi Moskvadadır

NATO baş katibi Anders Foq Rasmussen Moskvadadır. Gözlənilir ki, dövlət rəsmiləri ilə danışıqlarda Rusiyanın NATO ilə əməkdaşlığının genişləndirilməsi, Əfqanıstanı vertolyotlarla təmin etmək məsələləri müzakirə olunacaq.

NATO rəsmisi XİN Sergey Lavrov və daha sonra prezident Dmitri Medvedvlə danışıqlar aparacaq.

Moskva görüşündən sonra prezident Medvedev noyabrın 20-də Portuqaliyada NATO liderlərinin sammitində iştirak edəcək.